Accessibility links

Mir Hüseyn Musəvi: ‘Mahmud Əhmədinejadın prezident seçilməsi qeyri-legitimdir’


İran prezident seçkilərində islahatçı namizəd Mir Hüseyn Musəvi Mahmud Əhmədinejadın yenidən prezident seçilməsini qeyri-legitim adlandıraraq tərəfdarlarını xalqın haqları uğrunda mübarizəni davam etdirməyə səsləyib.

Bu özünün veb səhifəsində yayılan bəyanatda Musəvi habelə seçkisonrakı nümayişlər zamanı həbs olunanların azadlığa buraxılmasına, mətbuat azadlığına və seçki islahatlarına çağırıb. O təkidlə 12 iyun seçkilərinin saxtalaşdırıldığını bildirib. Bununla yanaşı, Böyük Britaniya səfirliyinin iğtişaşlarda iştirak etdikləri ittihamı ilə həbsə alınan doqquz yerli əməkdaşından neçəsinin azadlığa buraxılması barədə ziddiyyətli məlumatlar yayılır. İranda dövlət nəzarətində olan Press TV-nin məlumatına görə, səfirliyin bir yerli əməkdaşı hələdə təcridxanadadı r.

Londonda Britaniya baş naziri Qordon Braun İranın Tehrandakı Britaniya səfirliyinin əməkdaşlarının həbsindən dərin təəssüf hissi keçirdiyini bildirib. O, bunu ədalətsiz addım adlandıraraq deyib ki, Tehranın iranlıların demokratiya çağırışlarına Britaniyanı səbəb göstərməsi qəbuledilməzdir.

Avropa Birliyinin rotasiyalı prezidentliyini icra edən İsveçin baş naziri Fredrik Reinfeldin sözlərinə görə, birlik İranda demokratiya tərəfdarlarını dəstəkləməli, ancaq ölkədə gərginliyə səbəb olmamaq üçün ehtiyatlı davranmalıdır.

XS
SM
MD
LG