Accessibility links

ABŞ ordusu Əfqanıstanın cənubunda Taliban yaraqlılarına qarşı əməliyyatlar keçirir


Birləşmiş Ştatların təxminən 4000 əsgəri prezident Barak Obamanın strategiyasına əsasən Əfqanıstanda sabitliyini qorumaq məqsədi ilə Talibanın istehkamı sayılan ölkənin cənub bölgəsində ilk böyük əməliyyatda iştirak edib. Bu gün səhər təxminən 650 Əfqan əsgəri və polisi Helmənd çayı vadisinin aşağı hissəsində hərbi əməliyyatlar keçirib. Ordu bildirir ki, Pakistan sərhədində hərbi qüvvələrin cəmləşməsinin məqsədi döyüş zonasından qaçan yaraqlıları yaxalamaqdır. Bu, 2004-cü ildə İraqın Falluca şəhərində Amerika əsgərlərinin əməliyyat keçirməsindən bəri quru və hava qüvvələrinin ilk böyük əməliyyatdır.

XS
SM
MD
LG