Accessibility links

ABŞ-ın Ermənistandakı səfiri Amerikanın səsinin suallarını cavablandırıb


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylər davam etdirilir. İki ölkənin xarici işlər nazirilərinin Paris görüşüvə Ermənistan və Azərbaycan Respublikalarının prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Moskvada MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində görüş keçirməyə hazırlaşması bu səyləri əhatə edir.ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç Amerikanın səsinin Türkiyə-Emənistan yaxınlaşması və Dağlıq Qarabağ münaqişənin nizamlanmasına dair suallarını cavablandırarkən iki ölkənin xarici işlər nazirlərinin bu yaxınlarda keçirdikləri Paris görüşü və son bir il ərzində Ermənistan və Azərbaycan prezidentlərinin 5 görüşünü önə çəkərək, bəzi nailiyyətlərin əldə edildiyini və Amerikanın bu nailiyyətlərin davamını görmək istədiyini bildirib. Ermənıstan-Türkiyə əlaqələrində gəldikdə isə səfir Ermənistanla Türkiyənın yaxşı münasibətlərinin yalnız region deyil, ABŞ-ın da maraqlarına xidmət etdiyini bildirib. “Çünki Ermənistanla Türkiyə sərhədlərinin açılışı təkcə bazar əlaqələrinin genişlənməsi deyil, təhlükəsizliyin təminat altına alınması və gərginliklərin azalmasına yardım edəcək. Bizim rolumuz bu ölkələrə bu istiqəmətdə irəliləmələrinə yardım göstərməkdir”-deyə səfir Yovanoviç bildirib.
XS
SM
MD
LG