Accessibility links

Çeçenistanda 3 partlayış olub


Rusiyanın Çeçenistan regionunda baş verən 3 partlayış bir hərbi qulluqçunun həyatına son qoyub, azı 4 nəfər isə yaralanıb. Partlayışlardan ikisi dünən Urus Martan vilayətinin Şalazi şəhəri yaxınlığında kəşfiyyat və axtarış əməliyyatları zamanı baş verib. Hadisə zamanı Müdafiə Nazirliyinin 3 əməkdaşı yaralanıb. Urus Martan regionunda zibil qutusunun içərisində baş vermiş başqa bir partlayış bir zabitin ölümünə, bir əsgərin isə yaralanmasına səbəb olub. Rusiyanln cənubunda yerləşən və əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Çeçenistan 1990-cı illərdə iki müharibə nəticəsində ciddi dağıntılara məruz qalıb.
XS
SM
MD
LG