Accessibility links

İran Vaşinqton Taymzın müxbirini azadlığa buraxdı


İranın dövlət mediasının bildirdiyinə görə, ötən ay bu ölkədə həbs olunmuş britaniyalı jurnalist azad olunub.

Əslən yunan olan Yason Atanasiadis Vaşinqton Taymz qəzetinin müxbiridir.

O, İrana seçkisonrası prosesləri işıqlandırmaq üçün getmişdi.

İran rəsmiləri müxbiri qanunsuz fəaliyyətinə görə həbs olunduğunu bildirirdilər. Ölkənin hakim dairələri xarici jurnalistlərin Tehranda keçirilən etiraz nümayişlərini işıqlandırmasına icazə vermirdi.

Atanasiadisin bu gün azad olunmasını təsdiqləyən İran Xarici işlər nazirliyinin sözçüsü Həsən Qaşqavi habrlə bildirib ki, jurnalistin akkreditasiyası əlindən alınıb.

Bu arada, Britaniya bildirib ki, onlar tehrandakı səfirliyiklərinin həbsdə olan iki yerli əməkdaşından birinin bu gün azad olunacağını gözləyirlər.

Ölkənin xarici işlər naziri Devid Milibendin sözlərinə görə o heç bir ittiham irəli sürülmədən azad olunacaq.

İran polisi iyunun sonunda Tehrandakı Britaniya səfirliyinin 9 əməkdaşını həbs eləmişdi.

Onlar nümayişlərdən sonra ölkədə baş vermiş iğtişaşları qızışdırmaqda itiham olunurdular.

XS
SM
MD
LG