Accessibility links

Maykl Ceksonun mülkünü vəkili və dostu idarə edəcək


Los Anceles hakimi qərara gəlib ki, Maykl Ceksonun 2002-ci ildə yazdığı vəsiyyətnaməyə əsasən pop kralının əmlakının idarəsi çoxdankı vəkilinə və bir dostuna verilməlidir. Bu gün hakim Maykl Ceksonun anası Katerin Ceksonun adını onun mülkünün idarəsindən çıxarıb. O, avqust ayında keçiriləcək növbəti dinləməyə kimi Ceksonun mülkiyyətinin idarəsinin vəkil Con Brankan və pop kralının müsiqi produseri və yaxın dostu olmuş Con Makkleynə verilməsi barədə hökm çıxarıb. Müğənnini maliyyə statusu barədə müxtəlif məlumatlar dolaşır. Bəziləri Ceksonun 500 milyon dollar dəyərində mülkü olduğunu desə də, onun yüz milyonlarla dollar borcu olduğu da bildirilir. Bununla yanaşı Maykl Ceksonun pərəstişkarları müğənninin Los Anceles şəhərinin Stepl mərkəzində keçiriləcək vida mərasiminə hazırlaşır. Qeyd edək ki, mərasimdə iştirak üçün 1,6 milyon insan müraciət etsə də, onlardan yalnız 8750 nəfəri seçilib.
XS
SM
MD
LG