Accessibility links

Çinin Uyğurların yaşadığı Sincan muxtar  bölgəsində qanlı toqquşmalar zamanı ölənlərin sayı artıq 156-ya çatıb


Çinin Sincan muxtar bölgəsində başverən zorakılıqlara qarşı reaksiyalar davam edir. BMT baş katibi Ban Ki Mun zorakılıqların dayandırılmasına çağırıb. Cənab Banın sözçüsü Mişel Montas Nyu-Yorkda jurnalistlərə öz narahatlığını bildirib. O deyir ki, hökumət çox ehtiyatlı davranmalı və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün lazımı addımlar atmalıdır. Human Rights Watch-un Çin xarici siyasəti üzrə eksperti Sofi Riçardson dünya içtimaiyyətinin narahat olması üçün tutarlı səbəbolduğunu bildirib. Onun sözlərinə görə, bu, Çində son 30 ildə ən böyük siyasi zorakılıq ola bilər.

Dünya Uyğur Konqresinin Vaşinqtondakı sözçüsü Alim Seytov deyir ki, uyğur tələbələr keçən ay iki uyğurun zavodda öldürülməsinə etiraz edərək küçələrə çıxıblar.

ABŞ Dövlət Departamentinin sözçüsü də bildirib ki, Birləşmiş Ştatlar Sincanda insanların həlak olmasına görə dərin təəssüf hissi keçirir və tərəfləri sakitliyi bərpa etməyə çağırır.

Sofi Riçardsonun sözlərinə görə isə, iğtişaş Uyğurların Çin siyasətinə qarşı uzun sürən narazılıqlarının nəticəsidir. Ekspert hesab edir ki, onlar gündəlik olaraq repressiv mədəniyyət, təhsil, iqtisadiyyat və din şərtləri altında yaşayırlar.
XS
SM
MD
LG