Accessibility links

Çinin Sincan Uyğur  muxtar bölgəsindəki zorakılqılar 140 nəfər ölümünə səbəb olub


Çin hökuməti dünən Sincan muxtar regionunda polislə nümayişçilər arasında baş verən qarşıdurmalar zamanı ölənlərin sayının 140 nəfərə çatdığını və bu sayın arta biləcəyini bildirib. Çinin dövlət televiziyası Uyğurustanın paytaxtı Urumçinin küçələrində baş verən qanlı hadisələrin videolentlərini nümayiş etdirib. Dünən 3 000-ə qədər uyğurun Urimçidə nümayiş keçirərək, Guangdong vilayətində iki uyğurun ölümü ilə nəticələnən toqquşmalara etirazlarlarını bildirdikləri xəbər verilir.

Almaniyadakı Dünya Uyğur Konqresinin bəyanatında uyğurların dinc nümayişlərinin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə dağıdıldığı, çox sayda insanın öldürüldüyünü bildirib.

Uyğurustan Muxtar Bölgəsinin təhlükəsizlik şöbəsinin başçısı Liu Yahoa Urimçidə uyğur nümayişçilərin keçən ay Ganqdonq vilayətində baş verən hadisədən bəhanə kimi istifadə etdiklərini irəli sürüb.Çin rəsmilərinin həmin iki hadisə barədə irəli sürdükləri və Çinin dövlət nəzarətindəki mediasının yaydığı xəbərlər müstəqil mənbələr tərəfindən təstiq edilməyib. Çin hökuməti uyğurları Sincanın müstəqilliyi uğrunda mübarizədə vəxarici qüvvələri isə regionda separatizmi dəstəkləməkdə ittiham edir.

Urumçidə xarici bir jurnalist şəhərin uyğurların yaşadığı cənub hissəsində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və təhlükəsizlik qüvvələrinin bu gün də insanları nəzarət altına aldığını bildirib. Urimçidən verilən xəbərlərdə bu gün İnternetin işləmədiyi bildirilib. Çin rəsmiləri baş verən hadisələrdə Çində illərlə həbsxanada saxlanılan, hazırda isə Birləşmiş Ştatlarda yaşayan disident Rəbiyə Qadir tərəfindən təşkil edilən Dünya Uyğur Konqresini günahlandırır.

XS
SM
MD
LG