Accessibility links

Maykl Cekson son mənzilə yola salınır (Audio)


Kaliforniya ştatının Los Anceles şəhərindəki Staples Mərkəzinə şou biznes aləminin bir çox məşhur simaları toplaşıb. Onlar arasında Stivi Vonder, Maraya Kerri və Laynel Riçi kimi məşhurlar var.

Mərasimdə bəzi pərəstişkarlar da iştirak edir. Tədbirdə iştirak üçün 1,6 milyon insan müraciət etsə də, onlardan yalnız 8750 nəfəri seçilib. Dünən Dodcer stadionuna toplaşan qaliblərə iki bilet və qeydiyyat üçün xüsusi qolbaqlar verilib.

İctimai vida mərasimi yerli vaxtla saat 10-da başlayıb. Bundan əvvəl isə Maykl Caksonun ailəsi Hollivuddakı Forest Lavn qəbiristanlığında olub.

Cakson ailəsinin sözçüsü müraciət edərək pərəstişkarlardan biletləri satmamağı xahiş etsə də, bəziləri əldə etdikləri buraxılış vəsiqələrini internetdə satmağa çalışıb. Los Anceles baş polis rəisinin müavini Earl Paysinqer isə bildirib ki, onlar qeyri-qanuni bilet satanları müəyyən etməyə çalışacaqlar: “Biz bu ərazidə fərdi iş aparırıq. Əgər belə bir hal müşahidə etsək onları nəzarət altına alacağıq”.

Stapl Mərkəzinin ətrafına isə vida mərasiminə daxil olmaq arzusu ilə çoxsaylı biletsiz insan toplaşıb.

Ekspertlər bildirir ki, təhlükəsizliyi təmin etmək yüz minlərlə dollara başa gəlib. Los Anceles şəhər şurasının bir üzvü bu kimi tədbirlərin təhlükəsizlik xərcinin şəhər rəsmiləri tərəfindən ödəndiyini deyib. Ancaq şuranın başqa bir üzvü xərclərin ödənməsində Cekson ailəsindən yardım istəndiyini bildirib.

Bu arada dünən Los Anceles hakimi qərara gəlib ki, Maykl Ceksonun 2002-ci ildə yazdığı vəsiyyətnaməyə əsasən pop kralının əmlakının idarəsi çoxdankı vəkilinə və bir dostuna verilməlidir. O, avqust ayında keçiriləcək növbəti dinləməyə kimi Ceksonun mülkiyyətinin idarəsinin vəkil Con Brankan və pop kralının müsiqi produseri və yaxın dostu olmuş Con Makkleynə verilməsi barədə hökm çıxarıb.

Cekson mülkünü inandığı şəxslərə və ideyalara buraxdığından bu əmlak anası və uşaqları ilə yanaşı, bir çox xeyriyyə cəmiyyətlərinə çatır. Ancaq dünən hakim Maykl Ceksonun anası Katerin Ceksonun adını onun mülkünün idarəsindən çıxarıb. Buna baxmayaraq, hökmdə deyilir ki, maliyyə qərarları barədə Ceksonun anasına məlumat veriləcək.

Müğənninin maliyyə statusu barədə müxtəlif məlumatlar dolaşır. Bəziləri Ceksonun 500 milyon dollar dəyərində mülkü olduğunu desə də, onun yüz milyonlarla dollar borcu olduğu da bildirilir.

Qeyd edək ki, Maykl Cekson iyunun 25-də 50 yaşında dünyasını dəyişmişdi. Onun ölümün səbəbi hələ müəyyən edilməyib. Ancaq təhqiqatçılar dərmanların səbəb olması faktının mümkünlüyü araşdırırlar. Son ekspertizanın nəticələri yaxın bir neçə həftə də açıqlana bilər.
XS
SM
MD
LG