Accessibility links

BMT Şimali Koreyanı bir daha ittiham etdi


BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın son ballistik raket sınağını dünyanın təhlükəsizliyinə hədə adlandırıb. Şuranın hazırkı prezidenti Uqanda səfiri Ruhakana Ruqunda dünənki toplantıdan sonra 15 üzv dövlətin ciddi narahatlıq keçirdiyini dilə gətirib. O xatırladıb ki, Şimali Koreya reket sınağları və nüvə silahı proqramında BMT-nin qətnamələrinə əməl etməlidir. Səfir habelə deyib ki, şuranın üzvləri məsələnin diplomatik sülh yolla həll üçün öhdəlik götürüblər. Şimali Koreya keçən şənbə günü Yapon dənizində 7 ballistik raket sınaqdan keçirib.BMT-nin baş katibi Ban Ki Mun deyib ki, Şimali Koreyanın bununla danışıqlar və əlaqələr qapısını bağlayıb. Şimali Koreyanın may ayında həyata keçirdiyi raket sınağından sonra BMT-nin Təhlükəsizlik Şurası bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etmişdi.

XS
SM
MD
LG