Accessibility links

Böyük Səkkizliyin sammitində iştirak edən Çin prezidenti vətəninə qayıtmalı olub


Çin prezidenti Hu Jintao ölkənin Sincan vilayətində baş verən etnik zorakılıqlar məsələsi ilə əlaqədar bu gün İtaliyadan vətəninə dönmüşdür. Çinin dövlət xəbər agentliyi Sinhuanın bildirdiyinə görə, səfərini yarımçıq qoyaraq vətəninə qayıdan prezidenti İtaliyadakı Səkkizlər sammitində Çinin dövlət katibi Dai Binquo əvəz edəcək. Sincan bölgəsinin hökuməti paytaxt Urumçidə baş verən etnik zorakılıqlara görə şəhərdə komendant saatı tətbiq etdiyini bildirib. Xatırladaq ki, keçən bazar günü polisin nümayişçilərə qarşı həyata keçirdiyi zorakılıqlar nəticəsində azı 156 nəfər ölmüş, 1000 nəfərə qədər insan isə yaralanmışdı.

Urumçidə ən yüksək vəzifəli şəxs olan Çin Kommunist Partiyasının region üzrə lideri Li Ji iğtişaşların qarşısının alınması məqsədi ilə dünən şəhərin bir hissəsində İnternet və mobil telefonların fəaliyyətinin dayandırıldığını bəyan etdi. Çinin Xarici İşlər Nazirliyinınm sözçüsü Qin Cang isə xarici qüvvələrin belə servislərdən istifadə edərək, zorakılıqları qızışdırdıqlarını deyib.

XS
SM
MD
LG