Accessibility links

Çin rəsmiləri nümayişlərin təşkilatçılarının cəzalandırılmalı olduğunu deyirlər


Çinin polis idarəsinin rəisi keçən bazar günü Sincan vilayətindəki zorakılıqların məsuliyyətini daşıyanların cəzalandırılmasına çağırıb. Sinxua xəbər agentliyinin Çin rəsmilərinə istinadən yaydığı xəbərdə deyilir ki, nümayişlərin təşkilatçıları cəzalandırılmalı, nümayişçilər isə maarifləndirilməlidirlər.

Çin hökuməti hanlarla müsəlman uyğurlar arasındakı qarşıdurmalar zamanı 156 adamın öldürüldüyünü, 1000-dən artıq adamın xəsarət aldığını bildirir. Urumçi şəhərində avtobus xidməti bərpa edilsə də, təhlükəszilik qüvvələri və zirehli maşınlar hələ də şəhərdədir.

XS
SM
MD
LG