Accessibility links

Bu gün İraqda həyata keçirilən hücumlar azı 40 nəfərin ölümünə səbəb olub


İraq rəsmilərinin bildirdiyinə görə, bu gün ölkənin şimalında və paytaxt Bağdadda həyata keçirilən üç bomba hücumu azı 40 nəfərin ölümünə səbəb olub. Rəsmilər iki intiharçının şimaldakı Təl Afər şəhərində həyata keçirdikləri hücumlar nəticəsində 34 adamın öldüyünü, 62 nəfərin isə yaralandığını bildirmişlər. Sədr şəhərində həyata keçirilən üçüncü hücum zamanı azı 6 nəfər ölmüş, 16 nəfər yaralanmışdır. Bunlarla yanaşı xəbər verilir ki, Bağdadın Karrada məhəlləsində, görünür, İraqın mərkəzi bankının rəhbərinin maşın kərvanını hədəf alan bomba hücumu zamanı xəsarət alan olmayıb.

XS
SM
MD
LG