Accessibility links

Tehranda aksiyaların keçirilməsi ilə bağlı  qadağanı pozan nümayişçilərlə polis arasında toqquşma baş verib


İran mediası bildirir ki, hökumətin qoyduğu qadağaya riayət etməyən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. İranın dövlət nəzarətindəki televiziyası bildirir ki, tələbə hərəkatının on illiyi münasibəti ilə Tehran üniversitetinin yaxınlığında toplaşan nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Telekanal aksiyada yüzlərlə insanın olduğunu bildirsə də başqa xəbər agentlikləri nümayişdə minlərlə insanın iştirak etdiyini irəli sürür.
Şahidlərin dediklərinə görə polis yürüşün qarşısını almaq üçün havaya atəş açıb və dəyənəklərdən istifadə edib. Nümayişçilər isə zibil qutularını yandırıb, ‘Dikdatora ölüm’ şuarları bağırıblar.
Nümayişi Mir Hüseyn Musəvinin tərəfdarları təşkil edib. Bəzi nümayişçilərin nəzarət altına alındığı deyilir. İran rəsmiləri nümayişə cəhd edənlərin ağır şəkildə cəzalandırılacağıyla hədələmişdir.

XS
SM
MD
LG