Accessibility links

Böyük Səkkizliyin İtaliya sammiti başa çatdı


Dünyanın zəngin ölkələrinin liderləri 3 günlük İtaliya sammitini bu gün başa vurur. Sammitin sonuncu günü müzakirə edilən məsələ Afrika ölkələri ilə ərzaq təhlükəsizliyi olub. ABŞ prezidenti Barak Obama və Böyük Səkkizliyə daxil olan digər ölkələrin liderləri gələn 3 il üçün aclıqla mübarizə və kənd təsərrüfatı sektorlarınun inkişafı məqsədi ilə yoxsul ölkələrə 20 milyard dollarlıq yardım ayrılması barədə razılıq əldə edib. Prezident Obama Cənubi Afrika rəsmiləri və daha sonra Vatikanda Roma Papası XVI Benediktlə görüş keçirib.

XS
SM
MD
LG