Accessibility links

Manuel Zelayanın rəqibi ilə dialoqu nəticə vermədi



Hondurasın siyasi rəqibləri arasında Kosta Rikada keçirilən danışıqların ilk günü nəticəsiz başa çatıb.

Ölkənin devrilmiş prezidenti Manuel Zelaya ilə hakimiyyəti müvəqqəti idarə edən Roberto Miçeletti dünən Kosta Rikanın prezidenti Oskar Ariasla, onun San Hosedəki evində ayrı-ayırlıqda görüşüblər.

Danışıqlardan sonra hər iki rəqib mövqeyində qalıb.

Görüşə evsahibliyi edən Arias isə onları bir araya gətirməyə müvvəffəq olmayıb.

Danışıqlardan sonra Kosta Rikanın lideri jurnalistlərə deyib ki, nəticələr əldə edilməsi gözlənildiyin daha artıq vaxt aparacaq.

XS
SM
MD
LG