Accessibility links

Barak Obama: ‘Amerika iqtisadiyyatı uçurumdan qayıdıb’


ABŞ prezidenti bu həftə xarici səfərlərinə baxmayaraq, diqqətini ölkəsindəki problemlərdən yayındırmayıb. Həftəlik radio müraciəti zamanı Barak Obama Amerika iqtisadiyyatının “uçurumdan qayıtdığını” deyib. Lakin ABŞ dövlət başçısı bildirib ki, iqtisadi tənəzzülə son qoyulması uzun vaxt aparacaq.

Prezident ikinci bir stumullaşdırma planı barədə fikirləri və ilkin planın nəticələr vermədiyinə dair tənqidləri rədd edərək, bunun gələn iki il üçün nəzərdə tutulduğunu bildirib. ABŞ prezidenti səhiyyə xidməti və təhsil sahələrində islahatların böyük xərclər tələb etdiyinə dair ittihamları qəbul etmədiyini deyərək, yararsız proqramların israfçılığının aradan qaldırılması və defisitin azaldılması üçün iş apardığnı bildirib.


XS
SM
MD
LG