Accessibility links

Çinin Yunnan vilayətində zəlzələ baş verib


Çində şiddətli zəlzələnin təsirinə məruz qalan bölgəyə təcili yardımlar çatdırılır.Yunnan vilayətində baş verən zəlzələ nəticəsində minlərlə ev yerlə yeksan olub, minlərlə insan çadırlarda sığınacaq tapıb.Evlərin daqıntıları altından sağ qalanların xilası üçün əsgərlər səfərbər edilib.

Çinin Sinxua xəbər agentliyinin məlumatına görə, 6 bal gücü olan zəlzələ bir adamın ölümü, 300 nəfərin xəsarət almasına səbəb olub. Bölgədə 18000 evin dağıldığı, 75000 digər tikiliyə ziyan dəydiyi bildirilir.


XS
SM
MD
LG