Accessibility links

ABŞ prezidenti Barak Obama Vaşinqtona qayıdıb


ABŞ prezidenti Barak Obama bir həftəlik Moskva, Böyük Səkkizlik və Qana görüşlərindən sonra Vaşinqtona qayıdıb. Ailəsi ilə bərabər ABŞ dövlət başçısı vətəninə gecə yarısından az sonra çatıb.

Dünən Barak Obama Qananın parlamenti qarşısında çıxış edib, administrasiyasının Afrikaya dair siyasətini açıqlayıb.ABŞ dövlət başçısı Qanaya səfər etməsini bu ölkənin funksiya göstərən bir demokratiyaya malik olması ilə izah edib.

Prezident Obama, birinci xanım Mişel Obama və onların iki qızı 300 il əvvəl Amerikanı kölələrlə təmin edən keçmiş qul ticarəti mərkəzində olub. Prezident deyib ki, qızlarının kölə satışı mərkəzini görməsi onun üçün böyük əhəmiyyət kəsb edib. Belə ki, onlar tarixin kəskin dönüşlərinin şahidi olublar.

XS
SM
MD
LG