Accessibility links

Dmitri Medvedev Cənubi Osetiyaya səfər edib


Rusiya prezidenti Dmitri Medvedev gözlənilmədən Gürcüstanın separatçı Cənubi Osetiya regionuna səfər edib.

Ötən il iki ölkə arasında baş vermiş müharibədən sonra Moskva rəsmən bu bölgənin müstəqilliyini tanıyıb.

Rusiya agentliklərinin məlumatına görə, Medvedev bu gün Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə gələrək, bölgənin lideri Eduard Kokoyti ilə görüşüb.

Bu, Medvedevin prezident qismində regiona ilk səfəridir.

Rusiyanın İtar-Tass xəbər agentliyinin məlumatına görə, Rusiya lideri ölkəsi ilə Cənubi Osetiya arasında müdafiə sahəsində əməkdaşlığın vacibliyindən bəhs edib.

Medvedev habelə regionun iqtisadiyyatına yardımı nəzərdə tutan layihələrdən bəhs edib.

Gürcüstan rəsmiləri bu səfəri ölkəsinin ərazi bütövlüyünə həqarət kimi qiymətləndirib.

XS
SM
MD
LG