Accessibility links

BMT panelində Azərbaycanda ifadə azadlığı, jurnalistlərin vəziyyəti və işçi hüquqlarının ciddi təhlükədə olduğu deyilən hesabat nəzərdən keçirilib


BMT panelində Azərbaycanda ifadə azadlığı, jurnalistlərin vəziyyəti və işçi hüquqlarının ciddi təhlükədə olduğu deyilən hesabat nəzərdən keçirilib. Cənubi Qafqazda insan hüquqlarının müdafiəsi şəbəkəsinin hazırladığı sənəddə iki İnternet yazarı-Ədnan Hacızadə və Emin Millinin həbsinə dair detallar açıqlanıb.

Sərhədsiz Reportyorlar qrupunun bildirdiyinə görə, gənclər iki şəxs tərəfindən döyülüb, lakin onlara hücum edənlər polis tərəfindən azad buraxılıbb. Hazıda fəalların iki ay qəti-imkan tədbiri altında olduğu bildirilir.

ABŞ və Almaniyanın Azərbaycandakı səfirləri həbslərə dair narahatlıqlarını bildirib. Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatında ABŞ və Almaniya nümayəndələri Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə günahlandırılıb.

XS
SM
MD
LG