Accessibility links

Türkiyənin su bəndi layihəsinə Avropadan ağır zərbə


Türkiyənin mübahisəli İlisu su bəndi layihəsi ağır zərbə ilə üzləşib. Layihənin maliyyələşdirilməsi üçün yaradılmış beynəlxalq konsorsiuma daxil olan Almaniya, Avstraliya və İsveçrənin şirkətləri ötən həftə bu dəstəkdən çəkildiklərini elan ediblər.

Hər üç şirkət qərarlarını Ankaranın bəndin yerləşdiyi ərazidə ətraf mühitin və mədəni mirasın qorunması və digər şərtlərə əməl etməməsi ilə əlaqələndirib.

Konsorsuyumun bildirdiyinə görə, onlar layihənin ətraf mühitə təsirindən naharatdırlar.

1,6 milyardlıq Ilısu bəndinin sonadək tikiləcəyi təqdirdə, ölkənin 10 əsrlik qədim şəhəri olan Hasankeyf də daxil olmaqla, olduqca vacib və mühafizə edilən ərazilərindən biri su altında qalacaq.

2013-cü ildə yekunlaşması planlaşdırılan layihəyə görə, yaradılacaq gölün 300 kilometrdən artıq ərazini tutacağı üçün ətrafdakı 80 kənddən təqribən 10 minə yaxın insanın köçürülməsi planlaşdırılır.

Ətraf mühitlə məğşul olan yerli və beynəlxalq qruplar isə layihənin dayandırılması uğrunda fəaliyyət göstərirlər.

Türkiyə ərtaf mühiti müafizə qrupu Doğa Dərnəyinin rəhbəri Güven Erkan deyir ki, konsorsiumun geri çəkilməsi layihəyə böyük bir zərbədir.

Erkan deyir ki, məsələnin əhəmiyyətli tərəfi ondar ki, bununula artıq ikinci konsorsium layihənin icrasında uğursuzluğa düçar olub.

Türkiyə indi yeni konsorsium yaratmaq məcburiyyətindədir. Bu isə layihənin inşasında daha çox yubanmaya səbəb olacaq.

İldə 3,8 milyard kilovatt saatlıq elektrik enerjisi istehsalını nəzərdə tutan Ilısu bənd layihəsi əslində, Türkiyə hökumətinini ölkənin az inkişaf etmiş cənub şərq regionunun iqtisadi rifahını artırmaq üçün nəzərdə tutuduğu tədbirlərin bir hissəsidir.

Bu ayın əvvəllərində ölkənin meşə və ətraf mühit naziri Veysəl Eroğlu beynəlxalq konsorsiumun layihədən çəkilməcəyini ı bəyan etmişdi. Amma eyni zamanda, o bəyan edib ki, belə bir addım layihənin sonu kimi başa düşülməməlidir

Nazirin sözlərinə görə, Türkiyənin sözügüedən su bəndini tikmək üçün güclü, maliyyə mənbələri və qabiliyyəti var.

“Lakin mən əminəm ki, buz başqa beynəlxalq mənbələr tapa biləcəyik”, - deyə nazir əlavə edib.

İstanbuldakı Boğaziçi Universitetindən su məsələləri üzrə ekspert Gün Kut isə deyir ki, Türkiyə əslində başqa su bəndlərinin tikintisində də oxşar problemlərlə qarşılaşıb, amma onların öhdəsindən gəlib.

Ekspert xatırladır ki, belə problem məsələn, Atatürk bəndinin tikintisi zamanı da ortaya çıxmışdı. Heç kəs, hətta Dünya Bankı da o layihəni maliyyələşdirmək istəmirdi. Ancaq Türkiyə öz resursları hesabına bəndi inşa edə bildi.

Ekspert əlavə edir ki, belə layihələrin inşası zamanı ortaya çıxan problemlərə təkcə iqtisadi yox, həm də sosial və siyasi baxımdan diqqət yetirilməlidir.

XS
SM
MD
LG