Accessibility links

İranda sünni qrupun 13 üzvü asılıb


İranın dövlət mediasının məlumatına görə, ölkənin cənub şərqi Zahedan şəhərində Jundallah – Allahın əsgərləri adlı sünni qrupun 13 üzvü asılıb.

Məlumatlara görə, edam Zahrdandakı həbsxalanardan birində icra edilib.

Bir gün əvvəl İran xəbər agentlikləri qrup liderinin qardaşı Abdolhamid Rigi də daxil olmaqla, Jundullahın 14 üzvünün asılması barədə məlumat yaymışdı.

Lakin rəsmilərin bu gün dövlət mediasına bildirdiyinə görə, Riginin edamı bir həftə sonra icra ediləcək.

Jundallah İranın Pakistanla sərhəd cənub şərq bölgəsində yerləşir.

XS
SM
MD
LG