Accessibility links

NASA Endevor şatlının uçuşunu növbəti dəfə təxirə salıb


NASA pis hava şəraitinə görə Endevor şatlının uçuşunu yenə də təxirə salmalı olub.Bu qərar keçən ay iki dəfə hydrogen yanacağın sızması ilə əlaqədar kosmik gəminin fəzaya göndərilməsi təxirə salındıqdan sonra verilib.

NASA Endevoru orbitə və Beynəlxalq Fəza stansiyasına göndərməyə bir daha sabah cəhd edəcək. Uçuşu həyata keçirmək gələn bir neçə gün ərzində baş tutmasa, NASA gələn ayın sonunda Rusiyanın stansiyaya təchizat çatdırması üçün kosmik gəmi göndərməsini gözləməli olacaq.

Şatlın yeddi nəfərdən ibarət ekipajı iki həftə sürməsi nəzərdə tutulan missiya zamanı Yaponiyanın laboratoriyasının quraşdırılması üçün son hissələri çatdırmalıdır. Açıq kosmosa bir neçə dəfə çıxış zamanı isə astronaftlar laboratoriyanın xaricində fəza vakuumunda keçirilməsi lazım olan təcrübələr üçün platforma yerləşdirməlidir.


XS
SM
MD
LG