Accessibility links

Tehrandan Yerevana uçan təyyarə qəzaya uğrayıb


İranın şimal-qərb bölgəsində sərnişin təyyarəsinin qəzası nəticəsində təyyarədə olan 168 adamın həlak olduğu bildirilir. Dövlət televiziyasının məlumatına görə, Ermənistanın paytaxtı Yerevana istiqamət alan təyyarə İmam Xomeyni hava limanından qalxdıqdan 16 dəqiqə sonra Qəzvin şəhəri yaxınlığınada düşüb.

Təyyarədə olanların 153 sərnişin, 15 nəfəri isə uçuş heyətinin üzvü olub. Təyyarə Russiya ilə İranın 1990-cı illərdə təsis etdikləri Caspian Airlines birgə şirkətə məxsus idi. İranda təyyarələrin köhnə olması səbəbi ilə tez-tez qəzalar baş verir.

XS
SM
MD
LG