Accessibility links

Pakistanla Hindistan liderləri arasında danışıqlar keçirilib


Pakistan və Hindistanın baş nazirləri keçən il baş vermiş Mumbay terror hücumundan sonra ölkələr arasında yaranmış gərginliyi azaltmaq üçün bu gün Misirdə görüşüb. Pakistan baş naziri Yusif Rza Gilani və Hindistan baş naziri Manmohan Sinq Misrin Şərm Əl Şeyx kurort şəhərində keçirilən Bitərəf Dövlətlərin Hərəkatı sammiti çərçivəsində danışıqlar aparıb.Cənab Gilani iki dövlət arasında əlaqələrin inkişaf etdiyini deyərək, Cənubi Asiyada davamlı sülhün mümkün olduğunu dilə gətirib. Sammitdə çıxışı zamanı cənab Gilani vurğuluyub ki, regionda sülh əldə olunmamışdan əvvəl mübahisəli Kəşmir regionunun statusu kimi məsələlər öz həllini tapmalıdır. Bitərəf Dövlətlərin Hərəkatının “Sülh və İnkişaf üçün Beynəlxalq HƏmrəylik” adlı sammitiöz işinə dünən başlayıb. Konfransa 5-dən çox dövlətin başçısı qatılır.
XS
SM
MD
LG