Accessibility links

ABŞ Rusiyada insan haqları fəalının qətlindən narahatdır


Birləşmiş Ştatlar bildirdiyinə görə, Vaşinqton Rusiya insan haqları fəalı Natanya Estemirovanı oğurlayaraq öldürənlərin ədalət məhkəməsi qarşısında cavab verəcəyinə ümid edir. Dövlət Departamentinin sözçüsü Yan Kelli deyib ki, Birləşmiş Ştatlar Rusiyada Estemirovanın qətli xəbərindən dərin təəssüf hissi keçirir. ABŞ-ın bəyanatında onun Rusiyada və xüsusilə Çeçenistanda insan haqları pozuntuları barədə həqiqətləri üzə çıxarmaq istəyi alqışlanır. Rəsmilər Çeçenistanda oğurlanan Estemirovanın cəsədini baş və sinə nahiyyəsində güllə yaraları ilə İnquşetiyada tapılıb. Moskvada sözçü deyib ki, Rusiya prezidenti Dmitri Medvedyev qəzəbini etiraf edərək, qətllə bağlı yüksək səviyyədə təhqiqiata göstəriş verib.
XS
SM
MD
LG