ATƏT-in baş katibi Mark
Perrin de Brişambo Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı
keçirib. Baş katib prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə
görüşlər keçirdib. Onun fikrincə, Azərbaycan və ATƏT münasibətlərin indikisəviyyəsindən məmnundur: “Azərbaycanla
ATƏT arasında ikitərəfli əlaqələr hərbi-siyasi, iqtisadi, demokratiya, insan
haqları və söz azadlığı sahələrini əhatə edir. Siyasi-hərbi sahədə Azərbaycan
Daxili işlər nazirliyi ilə “Cəmiyyətdə dəstəklənən polis” layihəsini həyata
keçiririk, terrorizmə qarşı mübarizə sahəsində təlimlərə dəstək veririk.
İqtisadi və ətraf mühit sahəsində korrupsiyaya qarşı mübarizə, kiçik və orta
sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektoru və ətraf mühitlə bağlı
proqramlar gerçəkləşdiririk. İnsan azadlıqları ilə balı monitorinqlər, media
azadlığı sahəsində isə treninqlər keçiririk. ATƏT-in əsas maraqlarından biri də
üzv ölkələrdə müsbət seçki şəraitinin yaradılmasıdır. Bu sahədə də Mərkəzi
Seçki Komissiyası və yerli seçki komissiyaları üçün treninqlər təşkil edirik.
Azərbaycanda seçki prosesinin ən yaxşı formatda keçirilməsini arzulayırıq”.
Baş katib Dağlıq Qarabağ problemi ilə bağlı da müzakirələr apardığını deyib. Bu gün və sabah Moskvada Azərbaycan və Ermənistan prezidentləri təkbətək və Minsk Qrupunun həmsədrləri ilə birgə görüşlər keçirəcək. “Prezident Əliyevlə görüşümdə yəqin etdim ki, o münaqişənin nizamlanması ilə bağlı danışıqların davam etməsində maraqlıdır. Prezident istəyir ki, sülh prosesində nəticələr əldə edilsin”.
Cənab Brişambo ATƏT-in Minsk Qrupunun həmsədr ölkə başçılarının Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin nizamlanması üzrə yenilənmiş əsas prinsiplərin təqdim edilməsi ilə bağlı birgə bəyanatını yada salıb: “Bu il artıq dövlət başçılarının 5 görüşü keçirilib və Moskva görüşü olacaq. Bu nizamlanma prosesinin fəallaşmasına bir işarədir. Həmsədrlər tərəfləri mövqelərindəki fərqləri və fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb. Təqdim edilmiş yenilənmiş prinsip hər iki tərəf üçün qəbul edilən prinsip ola bilməz. Ancaq razılaşmanın əsasıdır. Tərəflər bunların üzərində işləyərək sülhə nail olmağa çalışmalıdır”,- deyə o qeyd edib.