Accessibility links

Mətbuat icmalı:  Rəfsəncani tutulanların azadlığa buraxılmasına çağırıb


Nyu York Taymz qəzetinin yazdığına görə İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin cümə xütbəsindən əvvəl və sonra tələbələrin keçirdiyi nümayişləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib və azı on beş adam nəzarət altına alınıb. Qəzetin yazdığına görə nümayişçilər “saxdakarlıq, cinayət, bacarıqsız hökumət” şuarı bağırmışlar. Bir qrup isə Rəfsəncaniyə müraciət edərək “ Susduğun təqdirdə sən də xəyanətkarsan” deyib. Rəfsəncani cümə xütbəsi zamanı seçicilərin sistemə olan inamını bərpa etməyin vacibliyini vurğulayıb. CNN-in bildirdiyinə görə Rəfsəncani eyni zamanda seçkilərdən sonra baş verən hadisələr zamanı tutulanların azadlığa buraxılmasına çağırıb.


Bu arada Röyter və Associated Pressin verdikləri məlumata görə, prezident seçkilərindən və Xarici jurnalistlərin ölkədən çıxarılmasından sonra azı yeddi foto və video jurnalist İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Mərkəzi Parisdə yerləşən təşkilatın bəyanatında deyilib ki, “Tehran rejimi şəkillərdən qorxur. Buna görə də peşəkarlar tərəfindən çəkilmiş, həssas hadisələri göstərən şəkil və videoların xaricə göndərilməsinin qarşısını almaq üçün rəsmi dairələr foto və video jurnalistlərin tutulması üçün geniş kampaniya başlatmışlar.” Associated Presin Sərhədsiz Jurnalistlərə istinadən verdiyi məlumatda bu da qeyd edilir ki, seçkilərdən sonrakı nümayişlər vaxdı azı beş operator və fotoqraf polisin hücumu nəticəsində xəsarət alıb. Təşkilat İranda hazırda 41 jurnalistin həbsdə olduğunu bildirib.

United Press International xəbər agentliyi yazır ki, insan hüquqları təşkilatlarının bildirdiyinə görə İranda seçkilərdən sonra həlak olanların həqiqi sayı qətliamdan xəbər verir. “İranda İnsan Hüquqları Uğrunda Beynəlxalq Kampaniya Təşkilatı”, şahid ifadələrini nəzərə alaraq Britaniyanın Gardian qəzetinə bildirib ki, İranda seçkilərdən sonrakı iğtişaşlar zamanı yüzdən çox adam qətlə yetirilib. Təşkilatın nümayəndəsi Aaron Rhodes deyib ki, ölənlərin ailələrinin danışmaqdan ehtiyat etməsinə görə qəti bir say demək çətindir. Onun söylədiyinə görə məlumat verən ailələr, şahid ifadələri və xəstəxanalardan əldə edilmiş məlumatlar göstərir ki, hadisələrdə ölənlərin sayı yüzü keçib. Associated Press yazır ki, İran hökuməti qohumlarının xəsdəlik nəticəsində dünyasını dəyişdiyi barədə sənəd imzalamaq üçün ölənlərin ailələrinə təzyiq göstərir.


Bu arada Associated Press Beynəlxalq İnsan Hüquqları Təşkilatına istinadən yazıb ki, İranda qanun dəyişikliyi hökumətə hüquqşünaslıqla kimin məşğul ola biləcəyinə nəzarət səlahiyyəti verir. Təşkilatın bildirdiyinə görə Dini Ali Rəhbər Ayətullah Əli Xəmenei tərəfindən təyin olunan ədliyyə sisteminin başcısı qanun dəyişikliyini bu gün təstiq edib. Qrupun bildirdiyinə görə dəyişiklik İranın ədliyyə strukturuna vəkillik üçün lisenziya müraciətləri barədə qərar qəbul etmə səlahiyyəti verir. 1995-ci ildən bəri İranda Vəkillər Kolegiyası müstəqil olaraq fəaliyyət göstərirdi. Beynəlxalq İnsan Hüquqları təşkilatının nümayəndəsi Co Stok deyib ki, bu üzdən ıraq islahatlar hökumətə kimin vəkil ola biləcəyi barədə tam qərar qəbul etməyə səlahiyyət verir. O bu tədbiri hökumətin yüzlərlə insanı heç bir ittiham irəli sürmədən həbsdə saxladığı bir zamanda müdəfiyə vəkillərini hədələmək üçün bir addım adlandırıb.

XS
SM
MD
LG