Accessibility links

İranın nüvə proqramının yeni sədrinın adı məlum olub


İran prezidenti Mahmud Əhmədinejad ölkənin nüvə proqramının sədri Qulam Rza Ağazadənin dünən qəfildən istefa verməsindən sonra onun yerinə yeni adamın adını açıqlayıb. Rəsmi İRNA xəbər agentliyi bildirir ki, cənab Əhmədinejad Əli Əkbər Salehini İranın Atom Enerji Təşkilatının sədri təyin edib. Salehi İranın Beynəlxalq Atom Enerji Agentliyində rəsmi nümayəndəsi olub. 2003-cü ildə Salehi BMT-yə İranın nüvə obyektlərinin daha sərbəst yoxlamasına icazə verən protokola imza atıb. Daha sonra isə prezident Əhmədinejad bu yoxlamanı dayandırmışdı. İSNA xəbər agentliyi dünən Ağazadənin istefa verməsinin səbəbini açıqlamamışdı. Qeyd edək ki, Qulam Rza Ağazadə 12 iyun seçkilərində məğlub olmuş namizəd Mir Hüseyn Musəvi ilə yaxın əlaqələrə malikdir.

XS
SM
MD
LG