Accessibility links

Polşa prezidenti Şərqi Avropa liderlərinin çağırışına qoşulur


Polşa prezidenti Lex Kaçinski Mərkəzi və Şərqi Avropa ölkələrinin keçmiş liderlərinin ABŞ prezidenti Barak Obamanı Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı bir vaxt regionda təhlükəsizlik məsələsini əhəmiyyətsiz qoymamaq çağırışlarını dəstəkləyib. Polşa liderinin bəyanatında deyilir ki, Rusiya və Qərb arasında əlaqələrin inkişafı vacibdir. Ancaq onun sözlərinə görə, bu, birtərəfli güzəştlər bahasına olmamalıdır. Prezident deyib ki, Şərqi Avropa tarixi göstərir ki, yalnız qətilik və ardıcıllıq Qərbin Rusiyalı tərəfdaşlarını səmimi dialoqa gətirə bilər.

XS
SM
MD
LG