Accessibility links

Vitse-prezident Bayden ABŞ-la tərəfdaşlıq münasibətlərini gücləndirmək məqsədilə Ukrayna və Gürcüstana səfər edəcək


Ağ Ev bildirir ki, ABŞ-ın vitse-prezidenti Co Baydenin Ukrayna və Gürcüstana edəcəyi səfələri Bilrəşmiş Ştatların bu ölkələrlə münasibətləri möhkəmləndirmək mənası daşıyır.

Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Toni Blinkenin bildirdiyinə görə, vitse-prezident Amerikanın bu iki müttəfiqini əmin etməyə çalışacaq ki, prezident Obamanın siyasi məqsədlərindən biri olan ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması onlarla münasibətlərə təsir göstərməyəcək. Birləşmiş Ştatların Ukrayna və Gürcüstana dəstəyini davam etdirəcəyi vədi ilə yanaşı, Blinken deyib ki, vitse-prezident Bayden hər iki ölkəyə demokratik və iqtisadi islahatların həyata keçirilməsi üçün təzyiq göstərəcək.

Bayden Ukraynada prezident Viktor Yuşenko, baş nazir Yuliya Timoşenko və parlamentin spikeri Volodimir Litvinlər bir sıra ciddi görüşlər keçirəcək.

XS
SM
MD
LG