Accessibility links

Gürcüstanda ilk donuz qripi halı qeydə alınıb


Gürcüstanda ilk H1N1 donuz qripi halı qeydə alınıb. Xəstəliyə yoluxmuş şəxs Tbilisiyə Londondan gəlib. Gürcüstanın Səhiyyə naziri Aleksandr Kvitaşvili xəstənin təcrid edildiyini və panika üçün heç bir əsas olmadğını bu gün elan edib.

Bu arada, Pekində 4 şagird donuz qripi diaqnozu ilə xəstəxanaya aparıldıqdan sonra Britaniyadan 54 məktəbli karantində saxlanılır. Şagirdlərin qalan hissəsi mehmanxanada təcrid edilib. Məktəblilər müəllimlə birlikdə Çinə mədəniyyət və təhsil turu çərçivəsində səyahət edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə 94 min insanın H1N1 qripinə yoluxduğunu, 429 nəfərin xəstəlik nəticəsində vəfat etdiyini bildirib.

XS
SM
MD
LG