Accessibility links

Şimali Koreyada leysan yağışları ciddi təhlükə törədir


Şimali Koreya deyir ki, leysan yağışları paytaxt Pxenyan və başqa regionlara ciddi zərər vurub. Son bir neçə gün davam edən yağışlar iki il bundan öncə baş verən və çoxlu sayda insanın ölümü ilə nəticələnən daşqının təkrarı haqda qorxulara yol açıb. Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi bildirir ki, Pxenyan və cənub bölgələrində 30 santimetr səviyyəsində yağış qeydə alınıb. Agentlik dəyən zərərin miqyası haqda məlumat verməyib. 2007-ci ildə baş verən daşqın nəticəsində azı 600 adam həlak olmuş və iqtisadiyyatın bütün sektorlarına nəhəng ziyan dəymişdi.
XS
SM
MD
LG