Accessibility links

Mətbuat İcmalı: Rəfsəncani və Xatəminin çağırışları, Xameneinin xəbərdarlığı


Britaniyanın Guardian qəzetinin fars dilli İnternet saytlarına istinadən yazdığına görə, keçən həftə Tehranda Haşimi Rəfsəncaninin xütbə oxuduğu cümə namazında, hökumətə etiraz əlaməti olaraq rəsmi üniformada iştirakı planlaşdıran 36 zabit həbs edilib. Zabitlər bununla prezident seçkilərinin nəticələrinə etirazlarını bildirənlərlə həmreyliklərini nümayiş etdirmək istəyiblər. Guardian qəzeti yazır ki, cümə namazında iştirakı planlaşdıran zabitlər, onların bu planından əvvəlcədən xəbər tutan İranın kəşfiyat agentləri tərəfindən cümə günü səhər tezdən evlərində nəzarət altına alınıblar.

Haşimi Rəfsəncaninin seçkilərin nəticələrini bir daha sual altına aldığı cümə xütbəsinə rəaksiyaların davam etdiyi bir zamanda Los Angeles Times qəzeti yazır ki, İranın digər islahatçı sabiq prezidenti Məhəmməd Xatəmi hökumətin legitimliyinə dair ümummilli referendum keçirilməsinə çağırıb. Qəzet bunu seçkilərin nəticələrini təstiq edən Ayətulla Xemeneinin səlahiyyətinə bir başa məydan oxuma kimi qələmə verir.

Los Angeles Times yazır ki, sabah 1952-ci il hadisələrinin il dönümündə Tehranda Musəvi tərəfdarlarının keçirəcəkləri icazəsiz nümayişlər zamanı zorakılıqlar baş verə bilər. Həmin gündə əsgərlər baş nazir Məhəmməd Musaddığı himayə məqsədilə aksiya təşkil edən nümayişçilərə ateş açmağı rədd etmişdilər. Qəzet yazır ki, İranda millətci qəhrəman olan Musaddıq bir il sonra ABŞ-ın Mərkəzi Kəşfiyat Agentliyinin köməyi ilə təşkil edilən çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, Məhəmməd Xatəminin hökumətin legitimliyinə dair ümummilli referendum keçirilməsinə çağırmasından sonra İranın ali dini rəhbəri Ayəlutulla Əli Xemenei ölkədə qeyri-sabitlik cəhdlərinə qarşı xəbərdarlıq və Qərbi İranın daxili işlərinə müdaxilədə ittiham edib. Vaşinqton Post yazır ki, Xəmenei ölkənin yüksək vəzifəli şəxslərinə müraciət edərək, onları İranın düşmənlərinə kömək etməməyə çağırıb. Vaşinqton Post yazır ki, Xamenei görünür iki keçmiş prezidentin çıxışlarını nəzərdə tutaraq deyib ki, ‘hansısa bir vəzifədəki adam haqqında nifrətlə danışmaq ölkənin təhlükəsizliyinə zərərdir. Bəzi şeylər varki onları demək olmaz. Biz onları dediyimiz təqdirdə ölkənin əleyhinə hərəkət edirik’. İranın ali dini rəhbəri söyləyib ki, ‘bu İranın elitası üçün bir sınaqdır və bu sınaqda nailiyyətsizlik yıxılmaq deməkdir’.

Qəzet yazır ki, bir başa Xəmeneinin çıxışına toxunmasa da Müxalifət lideri Mir Hüseyn Musəvi də verdiyi bəyanatında deyib ki, müxalifət tərəfdarı nümayişçilərin xarici dövlətlərlə əlaqəsi olduğunu irəli sürmək İranlı seçiciləri təhgir etmək deməkdir.
Royters xəbər agentliyinin məlumatında isə deyilir ki, Mir Hüseyn Musəvi İyunun 12-sindəki prezident seçkilərindən bəri həbs olunanların azadlığa buraxılmasına çağırıb. O deyib ki, həbslər seçki mübahisələrini həll edə bilməz.

Bu arada Iran mühafizəkarları Əkbər Haşemi Rəfsəncaninini cənab Əhmədinejadın yenidən seçilməsini sual altına almaqda ittiham edirlər. Əhmədinejadın müttəfiqi Ayətulla Məhəmməd Yəzdi Mahmud deyir ki, cənab Rəfsəncaninin ötən cümə günü verdiyi xütbə müxalifət nümayişlərini qızışdırmağa yönəlib.
Qəzet yazır ki, bir başa Xəmeneinin çıxışına toxunmasa da Müxalifət lideri Mir Hüseyn Musəvi də verdiyi bəyanatında deyib ki, müxalifət tərəfdarı nümayişçilərin xarici dövlətlərlə əlaqəsi olduğunu irəli sürmək İranlı seçiciləri təhgir etmək deməkdir.
Royters xəbər agentliyinin məlumatında isə deyilir ki, Mir Hüseyn Musəvi İyunun 12-sindəki prezident seçkilərindən bəri həbs olunanların azadlığa buraxılmasına çağırıb. O deyib ki, həbslər seçki mübahisələrini həll edə bilməz.

Bu arada Iran mühafizəkarları Əkbər Haşemi Rəfsəncaninini cənab Əhmədinejadın yenidən seçilməsini sual altına almaqda ittiham edirlər. Əhmədinejadın müttəfiqi Ayətulla Məhəmməd Yəzdi Mahmud deyir ki, cənab Rəfsəncaninin ötən cümə günü verdiyi xütbə müxalifət nümayişlərini qızışdırmağa yönəlib

XS
SM
MD
LG