Accessibility links

İraqda partlayışlar olub


İraq rəsmiləri bildirir ki, Ramadi şəhərində maşına yerləşdirilmiş bomba partlayışında iki polis həlak olub və azı dörd polis yaralanıb. Polis bildirir ki, polislər maşınları yoxlayan vaxt bomba vilayət hökumətinin baş qərargahı yaxınlığında partlayıb. Rəsmilər həmçinin deyir ki, Mosul şəhərində silahlı şəxslər iki yol polisini öldürüblər. Röyters xəbərlər agentliyinin bildirdiyinə görə Bağdadda bir kafe yaxınlığında yol kənarında yerləşdirilmiş bomba partlayışı nəticəsində 9 adam yaralanıb.
XS
SM
MD
LG