Accessibility links

ABŞ və Hindistan müdafiə sahəsində iki müqavilə imzalayıb


Birləşmiş Ştatlar və Hidistan silah satışı və ABŞ-ın köməyilə nüvə elektrik stansiyalarının inşasına dair müqavilələrəi imzalayıblar. Hindistanda səfərə olan ABŞ Dövlət katibi Hillari Klinton və Hindistanın Xarici İşlər naziri Krişna müqavilələrə imza atdıqdan sonra Dehlidə mətbuat konfransı keçiriblər.

Müqavilələrdən biri ABŞ şirkətlərinin Hindistanın iki obyekti üçün nüvə reaktoru satmasına müstəsna imkan verəcək. Digəri isə ABŞ-ın Hindistana satdığı yüksək hərbi texnologiyanın digər ölkələrin əlinə keçmədiyini təmin etməklə bağlıdır. Bu müqavilənin ABŞ-ın Hindistana silah satışının artaraq, Amerikanın döyüş təyyarələrinin bu ölkəyə mümkün satışına yol aça biləcəyi gözlənilir. Hindistan bunun müqabilində BMT müfəttişlərinə bəzi mülki nüvə obyektlərinin yoxlanışına icazə verəcək.

Tərəflər arasında bu müqavilələr Buş administrasiyası dövrü ABŞ və Hindistan arsında son 30 ildə ilk dəfə olaraq mülki nüvə texnologiyasının satışına dair razılığın əldə olunması nəticəsində imzalanır.

Bu gün bundan əvvəl xanım Klinon Dehlidə Hindistanın baş naziri Manmohan Sinqhlə gürüşüb. Danışıqların diqqət mərkəzində iki ölkə arasında strateji əlaqələrin gücləndirilməsi olub.

Dövlət katibi Klinton Dehli universtitetində tələbə-müəllim heyətilə görüşü zamanı deyib ki, o, yaxın zamanlarda ABŞ-Hindistan münasibətləri üçün daha ətraflı yanaşma tərzini elan edəcək.

XS
SM
MD
LG