Accessibility links

Apollo 11-in Aya enməsinin 40 ili tamam olur


1969-cü il iyul ayının 20-də əfsanəvi amerikalı astronaft Nil Armstronq ilk dəfə olaraq Aya qədəm qoydu. Bu günlər ABŞ-da insanın ilk dəfə olaraq Aya enməsinin 40-cı ildönümü geniş qeyd edilir. Nil Armstronq Vaşinqontdakı Fəza muzeyində Apollo 11-in missiyası haqda danışıb.

Apollo 11 gəmisinin missiyasının komandiri Nil Armstronqun Aya ayaq basan ilk insan olaraq dedi sözlər əbədi daim insanların xatirində qalacaq.
“Bir kiçik addım, bəşəriyyət üçün böyük bir sıçrayış.”

O deyir ki, Birləşmiş Ştatlar və keçmiş Sovet İttifaqı arasında Apollonun kosmosa göndərilməsi ilə kulminaasiya nöqtəsinə çatan fəza yarışı dəyərli bir məqsədə xidmət etmişdir.
“Bu, sonunda ABŞ-la SSRİ arasında dinc rəqabət idi. Güclü bir rəqabət idi. Bu rəqabət hər iki tərəfə elmin məqsədləri, tədris etmə və kəşflər sayəsində böyük nəticələr əldə etməyə imkan very. Son nəhayətdə, bu, əvəllər rəqib tərəflər arasında əməkdaşlıq mexanizminin yaranmasına gətirib çıxardı.”

Nil Armstronq və Aya enən kosmik modulun pilotu Edvin Bazz Aldrinin Ayda foto-şəkilllərini Yer kürəsində onlara valeh olan yarım milyarda yaxın insane görüb. İndinin özünə qədər Apollo missiyası bəşəriyyətin ən böyük və ən çox qiymət verilən nailiyyətlərindən biri olaraq qalır.

Fəza və Kosmos muzeyində çıxış edən Aldrin Amerikanın fəza proqramını canlandırmaq və insanın Marsa göndərilməsi missiyasından danışdı.
“Amerika indi də böyük xəyallarla yaşayırsanmı, özünə hələ də inanırsanmı. Daha böyük sınaqlara hazırsanmı. Mən gələcək nəsli və bizim siyasi liderlərimizi “Bəli” deməyə çağırıram. Bəli, biz bunu edə bilərik.”

Edvin Aldrin və Nil Armstronq bu gün Ağ Evdə prezidenti Barak Obama ilə görüşəcəklər.

XS
SM
MD
LG