Accessibility links

İranın polis rəisi müxalifət liderlərini ittiham edib


İranın polis rəisi hökumətin legitimliyi barədə referendum keçirilməsinə çağıran müxalifət liderlərini sabitliyin pozulmasına təhrikdə ittiham edib. İsmail Əhmədi Müqəddimə istinad edən rəsmi İRNA xəbər agentliyi bildirir ki, qanuna riayət etməyən “yalançılar” İslam respublikasında şübhələr yaratmaqla fikir ayrılığına çalışır. Dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi seçki sonrası böhrana son qoymaq üçün hökumətin legitimliyinə dair referendum keçirilməsinə çağırıb. Hətta Ali dini lider Ayətulla Əli Xamaneyi Mahmud Əhmədinejadın yenidən prezident seçilməsini dəstəkləməsinə baxmayaraq məğlub namizəd Mir Hüseyn Musəvi seçkilər nəticəsi ilə bağlı mübahisələri davam etdirir.
XS
SM
MD
LG