Accessibility links

Taliban yaraqlıları təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını davam etdirir


Taliban yaraqlılarının bu gün Əfqanıstanın iki şəhərində həyata keçirdikləri hücumlar zamanı azı 5 təhlükəsizlik işçisini qətlə yetirdikləri xəbər verilir. Taliban sözçüsünün dediyinə görə, Patika vilayətinin paytaxtı Qardez şəhərindəki hücumda15 nəfərdən ibarət yaraqlı iştirak etmişdir. Vilayət rəsmiləri isə kəşfiyyat idarəsi yaxınlığında baş verən partlayışın 3 zabitin,polis məntəqəsi yaxınlığında həyata keçirilən intiharçı hücumunun isə 2 polis işçisinin ölümünə səbəb olduğunu bildirmişlər.

Təhlükəsizlik rəsmiləri hərbi qüvvələrlə yaraqlılar arasındakı qarşıdurma zamanı qadın paltarı geymiş iki intiharçı da daxil edilməklə, 4 yaraqlının öldürüldüyünü bildirirlər. Bu arada Cəlalabad şəhərindəki ABŞ və Əfqan hərbi bazasına qarşı bomba hücumu həyata keçirmək istəyən iki nəfərin polis tərəfindən öldürüldüyü, Qunduz vilayətindəki əməliyyatlar zamanı isə Əfqan ordusu tərəfindən 13 Taliban yaraqlısının öldürüldüyü, 12-nin yaralandığı xəbər verilir. Döyüşlər zamanı 5 Əfqan əsgərinin də qətlə yetirildiyi bildirilir.


XS
SM
MD
LG