Accessibility links

Prezident Obama Ağ Evdə İraqın baş naziri Nuri əl-Məliki ilə görüşüb


Iraqın Baş naziri Nuri əl-Məliki bu gün Vaşinqontda ABŞ prezidenti Barak Obama ilə görüşüb. Danışıqların cənab Obamanın milli birlik istiqamətində inkişafın əldə edilməsi ilə bağlı istəklərini əks etdirdiyi bildirilir.

Liderlər cənab Məlikinin təmsil etdiyi şiə əksəriyyətlə azlıqda olan sünnilər və kürdlər arasında gedən mübahisələri müzakirə ediblər. Cənab Obama deyib ki, siyasi birlik İraqda uzun müddətli təhlükəsizlik və sabitlik üçün olduqca mühümdür.

Cənab Məliki təhlükəsizlik sahəsində əməkdaşlıqla yanaşı, İraqın suveren bir dövlət kimi çiçklənməsi üçün ölkəyə xarici investisiyanın cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Ağ Evdə keçiriləcək görüşdə İraqın neft gəlirləri kimi digər məsələlər də müzakirə edilib.

XS
SM
MD
LG