Accessibility links

Moskva Termo-texnoloji İnstitutunun rəhbəri istefa verib


Rusiyanın dəniz üçün ən yeni strateji raket versiyasını təkmilləşdirən institutun direktoru silahın uğursuz sınağından sonra istefa verib. Keçən həftə Bulava ballistik raketinin sınağı uğursuz olandan sonra Moskva Terma-texnoloji İnstitutunun rəhbəri Yuri Solomonov bu gün vəzifəsindən istefa verib.Sınaq üçün Ağ dənizdən buraxılan Bulava ilk mərhələdə uğursuzluğa düçar olub. Raket havada özü-özünü partladıb. Bu, buraxılan 11 raketdən uğursuz nəticələnən altıncı qurğu idi. Bulava 10 nüvə başlığı daşıyaraq 8 min kilometrlik məsafəni qət etməyi nəzərdə tutur.
XS
SM
MD
LG