Accessibility links

Co Bayden Tbilisiyə gedib


Kiyevdə çıxış edən Co Baydenin sözlərinə görə, o və prezident Barak Obama aydın şəkildə bildirir ki, Ukrayna Avro-Atlantik inteqrasiyanın bir hissəsi olmaq yolunu seçsə, Birləşmiş Ştatlar onlar tam gücü ilə dəstəkləyəcək: “Prezident Obama da bu ay Moskva səfəri zamanı bildirmişdi ki, ABŞ Ukraynanın suverenliyini, müstəqilliyini və öz seçimlərində azadlığını dəstəkləyir. Cənab prezident Rusiya ilə münasibətləri yenidən qurmağa çalışır, ancaq mən sizi əmin edə bilərəm ki, bu nə sizin nə də Ukrayna xalqının maraqlarına başa gəlməyəcək. Bu həm də Ukraynanın xeyrinə olacaq”.

Ukrayna baş naziri Yuliya Timoşenko ilə görüşən Bayden Ukrayna iqtisadiyyatının dirçəlməsi yollarınl müzakirə edib. Çıxışı zamanı o vurğulayıb ki, Ukrayna hökuməti iqtisadi və bank sahəsində islahatlar yanaşı enerji subsidiyalarına təkan verilməsi barədə razılığa gəlib: “Bu razılaşmanı yerinə yetirmək çətin seçim və ciddi addımlar tələb edir, ancaq bu sizin inkişaf və rəqabət yoluna daxil olmağınıza kömək edəcək”.

Ukrayna baş naziri Yuliya Timoşenko isə Kiyevdə keçirilən mətbuat konfransında deyib ki, Baydenlə görüşün gündəyilində digər məsələ Ukraynanın Beynəlxalq Valyuta FOndu ilə əlaqəsi olub. Görüş ərzində habelə ABŞ yanacağının Ukraynanın Atom Elektrik Stansiyalarına çatdırılması və qaz boru kəmər sistemi ilə bağlı məsələlər müzakirə olunub.

Amerika biznesmeni Morqan Villiams Amerikanın səsinə deyib ki, vitse-prezidentin Ukraynanın suverenliyini bir daha dilə gətirməsini alqışlayır. Villiams Ukraynada investorlar assosiasiyasına rəhbərlik edir:“Bu, biznes icmasi və ümumiyyətlə hami üçün vacib idi. İnsanlar oz pullarından, yatırımlarından və ABŞ-ın nə edəcəyindən narahatlıq keçirir. Məncə bu mesaj yetərincə güclü və aydın idi”.

ABŞ vitse-preizdenti Co Bayden Birləşmiş Ştatların Ukrayna və Gürcüstana dəstəyinin ifadə etmək məqsədilə bu ölkələrə turnesi çərçivəsində Kiyevdən sonra bu gün Tbilisiyə gedib.

Ukraynanı tərk etməzdən əvvəl Bayden yerli siyasətçilər, tələbələr və iş adamları qarşısında çıxış edərək deyib ki, ölkəsi azadlıq və firavanlıq yolunda olan dövlətləri dəstəkləməkdə davam edəcək.

Vitse-prezident Bayden Gürcüstanda iki gün olacaq. Burada onun prezident Mixail Saakaşvili və müxalifət liderləri ilə görüşləri nəzərdə tutulub. Görüşlər bu yaz Tbilisidə Saakaşvili əleyhinə keçirilən silsilə nümayişlərdən üç ay sonraya təsadüf edir.
XS
SM
MD
LG