Accessibility links

Çin ABŞ-dakı yatırımlarından narahatdır


Pekin bildirib ki, qarşıdan gələn yüksək səviyyəli iqtisadi danışıqlar zamanı Birləşmiş Ştatları Çinin ABŞ-dakı yatırımlarını qoruyan iqtisadi siyasəti davam etdirməyə çağıracaq. Çinin maliyyə nazirinin müavini Zu Quanyao jurnalistlərə deyib ki, Çin nümayəndə heyəti Vaşinqtondan habelə ABŞ dollarının stabil mübadiləsi üçün addımlar atmağı xahiş edəcək. Pekinin ABŞ-ın hökumət aksiyalarında 800 milyard dollarlıq yatırım ehtiyatı var və Çin liderləri dəfələrlə Birləşmiş Ştatlardakı mülkiyyətinin təhlükəsizliyi barədə narahatlığını izhar edib. Tərəflər 2 günlük Strateji və İqtisadi Dialoq konfransında bir araya gələcək. Toplantı gələn həftənin bazar ertəsi günü Vaşinqton şəhərində başlayacaq.
XS
SM
MD
LG