Accessibility links

İraqın Kürdüstan Muxtar Vilayətində prezident seçkiləri keçirilir


Əsgərlər, məhbuslar və xəstələr İraqın Kürd Muxtar Vilyətində şənbə günü keçiriləcək seçkilərdə səs verməyə başlamışlar. Kürdüstan Demokrat Partiyasını təmsil edən Məsud Barzaninin regional prezident seçkilərində qalib gələcəyi guman edilir.Regionda iki - Barzaninin Kürdüstan Demokrat Partiyası və İraq prezidenti Cəlal Talabaninin Kürdüstan Vətənpərvərlər Birliyi partiyalarının regionun 111 yerlik parlamentindəki yerlərin əksəriyyətini tutacağı gözlənilir. Qalan 10 yer isə xristian və türkmənlər üçün saxlanılır. Seçkilərdə 2 milyon yarım insanın iştirak edəcəyi gözlənilir.

XS
SM
MD
LG