Accessibility links

Birmanın demokratiya tərəfdarının məhkəməsi təxirə salınıb


Birmanın demokratiya tərəfdarı lideri Aunq San Suu Kyinin məhkəməsi gələn həfətəyədək təxirə salınıb. Nobel sülh mükafatı laureatının vəkili son dəlillərini təqdim edəndən sonra məhkəmə prosesdə fasilə elan edib.

İttihamçı tərəfin öz son dəlillərini isə məhkəmə prosesi bərpa olunan zaman təqdim edəcəyi gözlənilir. Məhkəmənin nə zaman hökm çıxaracağı aydın deyil. Bu gün keçirilən məhkəmə prosesi zamanı İnseyn həbsxanasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Prosesin böyük bir hissəsi bağlı qapı arxasında keçib. Ancaq Böyük Britaniya, Fransa, Almaniya və İtaliya diplomatlarının məhkəmədə iştirakına icazə verilib. 64 yaşlı Aunq San Suu Kyi ev dustaqlığı qaydalarını pozmaqda ittiham olunur.

İddialara görə, may ayında bir amerikalı gölü üzüb keçəndən sonra xanım Kyi həmin adamın Ranqunda göl yaxınlığındakı evində iki gün qalmasına icazə verib. Nobel Sülh mükafatı təqsirli bilinsə, onu 5 illik həbs cəzası gözləyir.
XS
SM
MD
LG