Accessibility links

Mühafizəkar mollalar Əhmədinejada xəbərdarlıq göndərdi


İranın nüfuzlu mühafizərak ruhanisi prezident Mahmud Əhmədinejadı qohumunun viste-prezident postuna təyinatının ləğvınə dair ölkənin dini liderinin qərarını yerinə yetirməyə çağırıb.

Tehranda keçirilən Cümə ibadətində çıxış edən Ayətulla Əhməd Xatəmi Əhmədinejada xəbərdarlıq göndərib ki, əgər o, İsfəndiyar Rahim Məşayenin birinci vitse-prezident postuna təyinatının ləğvinə dair çağırışlara əməl etməsə, öz hökumətinin legitimliyinə təhlükə yaradacaq.

Yeni vitse-prezident ötən il «İran İsrail xalqının dostudur» deməklə, ölkədə mühafizəkarların tənqidinə səbəb olmuşdu.

Məşaye ilə Əhmədinejad arasında qohumluq əlaqələri var. Belə ki, Maşaye prezidentin qudasıdır.

XS
SM
MD
LG