Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı donuz qripinin dünyanın demək olar ki hər yerində yayıldığını bildirir


Ümumdünya Səhiyyə təşkilatı bildirir ki, H1N1 donuz qripi virusu aprel ayından dünyanın demək olar ki, bütün ölkələrinə yayılaraq, 800 adamın ölümünə səbəb olub.

Təşkilatın sözçüsü bu açıqlamanı bu gün Cenevrədə verib.

BMT-nin səhiyyə təşkilatı donuz qripini iyun ayında epidemiya elan edib.

Keçən həftə Britaniyada qripin yeni hallarının sayı 100 minə çataraq, əvvəlki ayla müqayisədə iki qat artıb.

Ümumdünya Səhiyyə təşkilatı keçən həftədən donuz qripi halları ilə bağlı ölkələrdən məlumat almasını dayandırıb.

Təşkilat bildirir ki, çox halın mövcud olduğu ölkələrdə bunu izləmək mümkün deyil. Britaniyanın səhiyyə rəsmiləri məktəblərin bağlanmasını planlaşdırmağa çağırıblar.

XS
SM
MD
LG