Accessibility links

Çeçenistanda daha 3 polis öldürüldü


Rusiya xəbər agentliklərinin məlumatına görə,bu gün ölkənin cənubundakı Çeçenistan Respublikasının paytaxtında baş vermiş partlayış zamanı azı 4 adam ölüb.

Rəsmilərin dediyinə görə, ölənlərdən üçü polis işçisidir, bir nəfər isə intiharçı bombaçının özü olub.

Hadisənin detalları barədə rəsmi məlumat verilmir. Ancaq İnterfax agentliyinin məlumatına görə, bomba Qroznıdakı teatrlardan birinin kənarında işə salınıb.

Bu ayın əvvəlində İnquşetiya yaxınlığında 9 çeçen polisi yolkənarı pusquya salınaraq, öldürülmüşdü. Onlar İnquşetiyada Kremlin xahişi ilə İslamçı silahlılara qarşı birgə əməliyyatda iştrak edirdilər.

XS
SM
MD
LG