Accessibility links

Dünyanın 80-nə yaxın şəhərində İran hakimiyyətinə etiraz mitinqləri keçirilib


Həftə sonunda Vaşinqton da daxil dünyanın 80-nə yaxın şəhərində etirazçılar ötən ay İranda mübahisəli seçkilərdən sonra keçirilən nümayişlərdə həbs olnumuş yüzlərlə insanın azadlığa buraxılması və müxalilət fəallarının təqibinə son qoyulması tələbilə aksiyalar keçirirblər.

Aksiyalar Tokyodan tutmuş, Karakasa qədər dünyanın müxtəlif şəhərini əhatə edib. Bu mitinqlərin təşkilatçıları isə Amnesty International, Human Rights Watch, Nobel qadınların təşəbbüsü də daxil olmaqla, yerli və beynəlxalq insan haqları qrupları idi.

Nyu Yorkda keçirilən aksiya sabiq siyasi məhbuslar və Birləşmiş Ştatların müxtəlif yerlərində yaşayan iranlıları bir araya gətirdi.

Yaşıl rəngli libaslar geyinmiş etirazçılar İranda müxalifət hərəkatına dəstək və İran xalqı ilə həmrəyliklərini nümayiş etdirdilər. Aksiyalar zamanı habelə İranda siyasi nümayişlərə qatılmış insanların təqib olunmasından narahatlıq ifadə edilib.

Padini Hajarin 3 il əvvəl İrandan ABŞ-a gəlib. O hesab edir ki, bu cür ictimai nümayişlər beynəlxalq diqqəti onun ölkəsinə yönəltməyə kömək edə bilər.

“Məncə indi bütün iranlılar bir araya gəlməli və başqalarına nümayiş etdirməlidir ki, biz İranda öldürülən və həbsə atılan insanlarla bir yerdəyik, onları dəstəkləyirik. Bu yolla biz amerikalıların və xüsusilə də BMT-nin diqqətini İrana cəlb edə bilərik”.

İnsan Haqları təşkilatları İranda bu il iyunun 12-də keçirilmiş seçkilərdə prezident Mahmud Əhmədinejadın qələbəsini elan etməsindən sonra küçələrdə yüzlərlə insanın həbs olunduğunu bildirirlər.

İslahatçı internet saytlarından birinin bu gün yaydığı məlumata görə, həbsxanada saxlanılar etirazçılardan biri dünyasını dəyişib. Həmin şəxsin seçkilərə qatılmış digər namizəd Möhsün Rezayenin müşavirlərindən birinin oğlu olduğu deyilir.


Vaşinqtonda keçirilən nümayiş BMT-nin Vaşinqton ofisinin qarşısında başladı və şəhərin mərkəzində davam etdi. Dünən Nyu Yorkda keçirilmiş mitinqin təşkilatçıları BMT-ni İran həbsxanalarında məhbuslara qarşı işgəncə və onların təhqir edilməsi hallarının araşdırmağa çağırıblar.

Nümayiş iştirakçılarından biri isə bunları deyir: 'Biz istəyirik ki, dünyada insanlar əvvəla İranlıların mübarizəsini və nə etdiklərini bilsinlər və onalara dəstək versinlər. Fikrimcə, bu, İran xalqı üçün böyük işdir. Çünki onda görülən iş hədər yerə getmir.'

XS
SM
MD
LG